Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “İdman inventarının və digər avadanlıqların satın alınması” tenderinin nəticələrini elan edib.
Təhsil Nazirliyinin 5,1 milyon manatlıq tenderinin qalibi – BƏLLİ OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “ST Mark” QSC olub.
Şirkətlə 2 000 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərxan İsmayılov Məhəmmədhüseyn oğludur. Hüquqi ünvanı AZ1022, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, Ev 102a ünvanında yerləşir.