Nərimanov Tibb Mərkəzi bir-birinin ardınca 6 tender müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, qalib şirkətlər aşağıdakı tenderlər üzrə müəyyən edilib.
46 min 149 manat dəyərindəki "Digər malların satın alınması" tenderi "H.I.Q.A" MMC ilə, 10 min 470 manat dəyərindəki "Qazanxananın cari təmiri xidmətlərinin satın alınması" tenderi "SMART 86 CORP" MMC ilə, 22 min 546 manat dəyərindəki "Dəftərxana və təsərrüfat mallarının satın alınması" tenderi "İntellekt M,A" şirkəti ilə , 298 min manat dəyərindəki "Maşın və tibbi avadanlıqların satın alınması" tenderi "Arash Medical Company" MMC ilə,
6 min 350 manat dəyərindəki "Nərimanov tibb Mərkəzi və tabeliyində olan poliklinika şöbələrində kartriclərin dolumu və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətlərinin satın alınması" tenderi "Cosmos RA" MMC ilə, 13 min 500 manat dəyərindəki "Qazanxana və camaşırxana maşınlarına aylıq texniki xidmət göstərilməsi xidmətlərinin satın alınması" tenderi "RN Corp 22" MMC ilə bağlanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 397 min 121 manatdır.