Yaşıllaşdırma Təsərrüfatı Birliyi Avtomobil Nəqliyyatı İdarəsi nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə tender elan edir.
Eləcə də bax: Ağsuda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 28.03.2022-ci il saat 13:00-a kimidir və iştirak ödənişi 350 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Malgöndərənin (podratçının) tam adı hüquqi statusu, nizamnaməsi, vöen, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri - snədlərin əsli PDF formatında skayn olunaraq yüklənməlidir;
Malgöndərənin (podratçının) müvafiq sahə üzrə fəaliyyətinə icazə verilən lisenziyalar və əsas şərtlər toplusuna uyğun olaraq ixtisas göstəricilərini müəyyən sənədlər - sənədlərin əsli PDF formatında skan olunaraq yüklənməlidir;
Malgöndərənin (podratçının) mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında məlumat - müvafiq dövlət orqanından alınmış arayışın əsli PDF formatında skayn olunaraq yüklənməlidir;
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış - sənədlərin əsli PDF formatında skayn olunaraq yüklənməlidir;
Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - sənədlərin əsli PDF formatında skayn olunaraq yüklənməlidir;
Malgöndərənin (podratçının) Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış - sənədlərin əsli PDF formatında skayn olunaraq yüklənməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əhmədli Tural / şöbə müdiri
Əlaqə: [email protected] / 0774244440