İsmayilli Rayon Mərkəzi Xəstəxanası nəqliyyat vasitələrinin cari təmiri və ehtiyyat hissələrinin alınması üzrə tender elan edir.
Dövlət Komitəsi müxtəlif xidmətlər üzrə tender – ELAN EDİR – SİYAHI
FED.az xəbər verir ki, təkliflərin son təqdim olunma tarixi və vaxtı 23.05.2022-ci il 10:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Rekvizitlər - iddiaçının bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir.
Qeydiyyatdan keçdiyi ölkə - Dövlət Reyestrindən çıxarış notarial qaydada təsdiq olunaraq .pdf formatda portala əlavə edilməlidir.
Nizamnamə - əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə notarial təsdiq olunmuş .pdf formatda portala əlavə edilməlidir.
ddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış - tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır. Məktubun əsli skan olunmuş şəkildə .pdf formatda portala əlavə edilməlidir.
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı - keçən il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin təsdiq olunmuş surəti skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Sehran Bədəlov
Əlaqə: 0202853091