Bakı Nəqliyyat Agentliyi Boya-rənglənmə və dəmirçi-çilingər sexləri üçün elan etdiyi 3 tenderin nəticələrini açıqlayıb.
Eləcə də bax: BNA yol nişanları və svetefor dirəkləri üçün - 88 MİN MANAT XƏRCLƏDİ
FED.az xəbər verir ki, hər üç tenderi "QARA DƏNİZ" MMC şirkəti qazanıb. Agentlik şirkətlə “lazımi avadlıqlar” üçün 570 min manat, “sexlərinin tikinti işləri” üçün 766 min manat, “sexlərinin layihə-smeta sənədlərinin hazırlanması işləri” üçün 54 min manat məbləğində müqavilələr bağlayıb.
Şirkətlə imzalanan müqavilələrin məbləği 1 milyon 390 min manat olub.