FED.az TENDER xəəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) avtomatlaşdırılmış İdarəetmə Sisteminin (Enterprise
Resource Planning/ERP) proqram təminatının və onun inteqrasiya edilməsi üzrə xidmətlərin satınalınması üçün İKİMƏRHƏLƏLİ TENDER ELAN EDİR
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ikimərhələli tender ARDNF üçün malların, işlərin və xidmətlərin satınalınmasını əhatə edir.
Birinci mərhələ üçün təqdim edilən ilkin tender təklifləri zərflərinin açılışı 11 mart 2019-cu il saat 10.00-da ikinci mərhələ üçün təqdim edilən tender təklifləri zərflərinin açılışı isə 22 may 2019-cu il saat 10.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda keçiriləcəkdir.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- podratçının ixtisas göstəricilərinə dair məlumat;
- podratçının avtomatlaşdırılmış idarəetmə sisteminin proqram təminatının tətbiqi və onun inteqrasiya edilməsi üzrə xidmətlərin göstərilməsi istiqamətində ən azı 5 illik və bu xidmətlər üzrə Azərbaycan Respublikasında ən azı 3 illik təcrübəsini təsdiq edən sənədlər;
- podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- birinci mərhələ üçün təqdim edilən ilkin tender təklifi (texniki təklif, qiymət təklifi istisna olmaqla)
- ikinci mərhələ üçün yekun tender təklifi (texniki və qiymət təklifi daxil olmaqla tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);
Podratçılardan tələb olunan sənədlər 28 fevral 2019-cu il yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, birinci mərhələ üçün təqdim edilən ilkin tender təklifləri (texniki təklif, qiymət təklifi istisna olmaqla) 7 mart 2019-cu il yerli vaxtla saat 18.00-a kimi , ikinci mərhələ üçün yekun tender təklifləri isə (texniki və qiymət təklifi daxil olmaqla ) 21 may 2019-cu il saat 18.00-dək ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
İştirak haqqı 500 (beş yüz) manat məbləğdə müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan- AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN- 9900041961
H/h-AZ84NABZ01360400000000001944
Bank- Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod- 501004
VÖEN- 9900071001
M/h- AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik- NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.
Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu- (+994 12) 498 77 53 əlaqələndirici şəxslər Aynur Səmədova (daxili- 1006)və hüquqi məsələlər üzrə Kəmalə Rəhimovadır (daxili- 8023).
Neft Fondu proqram təminatı ilə bağlı tender - ELAN EDİB
11:24
24 Yan 2019