Dövlət Neft Fondu informasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub, İT təhlükəsizlik sistemləri və s.) texniki xidmətin satın alınması üzrə tender elan edir.
FED.az biznesa və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi 06.12.2021 saat 10:00 - a kimidir.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Hansı sahibkarlıq subyektinə (mikro, kiçik, orta, iri) mənsub olması haqqında məlumat
Buna dair müvafiq dövlət qurumundan alınmış arayış PDF formatında yüklənməlidir.
Dövlət qeydiyyatı haqqında şəhadətnamə
Surəti PDF formatında yüklənməlidir.
Rekvizitlər
Surəti PDF formatında yüklənməlidir.
Dövlət reyestrindən çıxarış
Surəti PDF formatında yüklənməlidir.
Nizamnamə
Surəti PDF formatında yüklənməlidir.
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Maliyyə vəziyyəti haqqında bank arayışı
Müvafiq qaydada təsdiqlənmiş son 1 (bir) ilə aid (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı PDF formatında yüklənməlidir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Müvafiq qaydada təsdiqlənmiş son 1 (bir) ilə aid hesabat PDF formatında yüklənməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
İxtisas göstəriciləri:
İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması.
Şirkətin təqdim etdiyi müvafiq sənədlər və məlumatlar əsasında qiymətləndiriləcək
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Şirkətin təqdim etdiyi hüquqi sənədlər əsasında qiymətləndiriləcək
İddiaçının müvafiq sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin olması
Müvafiq sahədə iş təcrübəsi və maliyyə vəziyyəti barədə təqdim etdiyi sənədlər əsasında qiymətləndiriləcək
Qeyd olunmuş prosedurlar üçün mətn
Tender təklifi
Texniki təklif: 55 bal
İddiaçı tərəfindən icra olunan layihələr
25
Layihələrin sayına və həcminə uyğun olaraq qiymətləndiriləcəkdir.
İddiaçının işçi heyətinin peşəkarlıq səviyyəsi
30
Təqdim olunan sertifikatlar əsasında qiymətləndiriləcəkdir.
Qiymət təklifi:: 45 bal
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Tender təklifinin qiymətinin təsviri
45
Təklif edilən qiymətə bütün vergi, rüsum və xərclər daxil edilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Ülvi Abdullayev | Şöbə müdiri | [email protected] | (99412) 498 77 53, daxili: 1210 |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.