Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik Və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun verdiyi tender elanın qalibi bəlli olub.
FED.azxəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu elan etdiyi 15 hektar müasir bağ sahəsində telli tərbiyə, dolu və günəşdən qoruma, damla suvarma və erkən xəbərdarlıq sistemlərinin yaradılması işlərinin satın alınması ilə bağlı tederin qalibi "Parlar Ting A.T" MMC şirkəti ilə 1 milyon 245 min manat dəyərində müqavilə bağlayıblar.