Gənclər və İdman Nazirliyi "Peşə seçimi məqsədilə psixoloji diaqnostikanın keçirilməsi üzrə xidmətlərin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi Dövlət İmtahan Mərkəzi (VÖEN: 1304673921) olub.
Həmin qurumla 108 560 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Dövlət İmtahan Mərkəzi daha öncə Dövlət Vergi Xidməti ilə “Dövlət Vergi Xidmətində çalışan əməkdaşların bilik və bacarıq potensialının gücləndirilməsi” layihəsi çərçivəsində müsahibələrin keçirilməsi, test tapşırıqlarının hazırlanması, imtahanların keçirilməsi və imtahan nəticələrinin analitik təhlili xidmətlərin satın alınması" tenderi üzrə 51 269 manatlıq müqavilə bağlayıb (05.12.2022).