Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınması” tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Azərbaycanda sahibkar hökumətə - 350 MİN MANATLIQ MƏNZİL SATIB
FED.az xəbər verir ki, tenderin qalibi “STT Qrup Azərbaycan” MMC şirkəti olub. Nazirlik şirkətlə 2 milyon 933 min 615 manatlıq tender müqaviləsi imzalayıb.
Xatırladaq ki, “STT Qrup Azərbaycan” MMC 29 may 2019 tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 milyon 122 min 757 manatlıq tenderinin (Xaçmaz rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin əsaslı təmiri işlərinin satınalınması) qalibi olmuşdu.