Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması” təkliflər sorğusuun nəticələrini elan edib.
Təhsil qurumundan “TAİS İKF” şirkətinə 14,3 milyonluq - SİFARİŞ
FED.az xəbər verir ki, tenderin qalibi “Tais İKF” MMC olub.
Şirkətlə 12 086 074 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 2 yaş qrupu üzrə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların gündəlik hazır yeməklə təchizatı nəzərdə tutulub. Yaş qrupları üzrə bölgü aşağıdaki kimidir :
1-3 yaşa qədər olan uşaqlar : 1 082 nəfər 240 gün və 5 nəfər 288 gün.
3-6 yaşa qədər olan uşaqlar : 6 536 nəfər 240 gün və 7 nəfər 288 gün.
Qeyd edək ki, “TAİS İKF” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı AZ1029, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5 ünvanında yerləşir.