Energetika Nazirliyinin iki tenderi ləğv olunub.
FED.az xəbər verir ki, 04.11.2023-cü il tarixdə "Bioenerjidən istifadə imkanlarının genişləndirilməsi üzrə pilot layihələrin müəyyənləşdirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" işlərin satın alınması ilə bağlı elan edilmiş təkliflər sorğusunda iddiaçıların sayı üçdən az olduğundan "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 bəndinə əsasən təkliflər sorğusunun davamından imtina edilib
Bundan başqa eyni tarixdə elan olunmuş "Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü müşahidə işlərinin təşkil edilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" işlərin satın alınması ilə bağlı elan edilmiş təkliflər sorğusunda iddiaçıların sayı üçdən az olduğundan "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 bəndinə əsasən imtina olunub.