Maliyyə Nazirliyi tenderinin qalibini elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Maliyyə Nazirliyinin Aparatının balansında olan xidməti minik avtomobillərinin (11 ədəd Honda Accord, 2 ədəd Toyota Camry, 1 ədəd Nissan Teana, 1 ədəd Kia Optima markalı) əsaslı təmiri xidmətinin satın alınması üzrə elan etdiyi tenderinin qalibi "GREAT MOTORS" QSC olub.
Ümumilikdə 37 921 manat təşkil edən tenderlə yanacaq nasosunun dəyişməsi, mühərrikin yığılması, Amortizator (ön və arxa), mühərrikin klapanlarının tənzimlənməsi (mühərrik başlığı açaılır), ön təkərin 2 topunun yastığının dəyişdirilməsi və s. nəzərdə tutulub.