Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün odadavamlı, metal arxiv rəflərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1 994 milyon manatlıq tenderin qalibi "Norton Trade" MMC-dir.
Xatırladaq ki, Norton Trade MMC bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ildə inventar və elektrik avadanlıqlarının alınması üzrə 92 371 manatlıq tenderini qazanıb (18.02.2022).