Səhiyyə Nazirliyi bir-birinin ardınca 3 tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, “Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqla təchiz edilməsi (mebel və inventarların alınıb quraşdırılması)”, “Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində xəstəxananın tikintisi və tibb avadanlıqlarla təchiz edilməsi (mebel və inventarların alınıb quraşdırılması)” və “Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi və tibbi avadanlıqla təchiz edilməsi (mebel və inventarların alınıb quraşdırılması)” tenderlərinin qalibi "Unico Production" MMC şirkəti olub. Şirkətlə birinci tender üzrə 538 min 200, ikinci tender üzrə 430 min 560, üçüncü tender üzrə 428 min 595 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkətlə ümumilkdə 1 milyon 397 min 356 manat dəyərində müqavilə imzalanıb.