Ekologiya və Təbii Sərvətlər Nazirliyi "elektron su təsərrüfatı” informasiya sistemini (ESTİS) təkmilləşdirir.
FED.az xəbər verir ki, nazirlik bu istiqamətdə yeni modulların yaradılması, mütəmadi texniki xidmətin göstərilməsi və sistemin müvafiq serverlərdə saxlanılmasının 1 (bir) illik dövr üçün xidmətinin satın alınması üzrə tenderə yekun vurub.
Nazirliyin 119 998 manatlıq tenderinin qalibi "Elektron Hökumətin İnkişafı Mərkəzi" olub.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.