Kənd Təsərrüfatı Nazirliyi 12 rayonda xırda buynuzlu heyvanların qırxım məntəqələrinin və mal-qaranın çimizdirilmə qurğularının tikintisi üzrə tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, bu tenderləri “CON-SOL GROUP” MMC şirkəti qazanıb.
Sözügedən tenderlər Beyləqan, Ağstafa, Ağcabədi, Tovuz, Şəmkir, Şəki Qaxzax, Samux, İsmayıllı, İmişli, Göygöl və Goranboy rayonlarını əhatə edib. Tenderin nəticələri olaraq adı çəkilən şirkəilə 3,9 milyon manatlıq müqavilələr bağlanıb.
Nazirliyin 12 tenderini «CON-SOL GROUP» şirkəti udub – SİYAHI
07:13
15 Avq 2019