Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyaların alınması ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki qalib “B2B Group” MMC (VÖEN: 1005873041) şirkəti olub
Şirkətlə 1 186 977 manat məbləğində müqavilə imzalanıb.
Həmin müqavilədə “Elektron poçt sisteminin qurulması üçün lisenziyanın və Nazirliyin Aparatında strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyində olan qurumlarda istifadəçi İT avadanlıqlarında proaktiv informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə XDR lisenziyasının satın alınması nəzərdə tutulur.