"İnnovasiya və Təchizat Mərkəzi" Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin, həmçinin Dövlət və Tədbirlər proqramları üzrə nəzərdə tutulan tibbi və digər aparatların, avadanlıqların, və inventarların satınalınması üzrə tenderlərin qaliblərini açıqlayıb.
Eləcə də bax: Nazirlik 9 milyon manatlıq - YEMƏK ALDI
FED.az xəbər verir ki, qalib şirkətlər "Zeytun Pharmaceuticals" MMC, "Albatros Heltkeyr", "EKSPA" MMC, "3S Osteosintez" MMC olub. Tenderlərin ümumi məbləği 10 milyon 592 min manat olub.
Dövlət qurumu “Zeytun Pharmaceuticals” MMC ilə 783 min 173 manat, “Albatros Heltkeyr” ilə 162 min 896 manat, “EKSPA” MMC ilə 6 milyon 46 min 196 manat, “3S Osteosintez” MMC ilə 3 milyon 598 min 834 manat məbləğində müqavilələr bağlayıb.