Səhiyyə Nazirliyi yanında İnnovasiya və Təchizat Mərkəzi müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan dərman və tibbi vasitələrin satın alınması ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, 10 380 2 min manatlıq
tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, 2 lot üzrə keçirilən açıq tenderlə 1 - ci lot ilə malicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi dövlət və tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələr satın alınacaq. 2 - ci lot üzrə isə şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatlar satın alınacaq.