Təhsil Nazirliyi “Radius” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə 2022-2023-cü tədris ilinə ibtidai təhsil proqramı üzrə ilk buraxılışı olan dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 844 398 manatdır.
Qeyd edək ki, “Radius” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 80 manatdırm və qanuni təmsilçisi Şahin Tağıyevdir.