Ədliyyə Nazirliyinin Pentensiar Xidməti "Mühafizə avadanlıqları və gigər avadanlıqların satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, müsabiqənin qalibi "Xəzər Elektron" MMC olub.
Şirkətlə 1 449 736 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
"Xəzər Elektron" MMC daha öncə də həmin qurumun 1 378 541 manat dəyərindəki "Penitensiar xidmətin var tabe qurumların mühafizəsinin daha etibarlı təmin etmək üçün avadanlıqların satınalınması" tenderinin qalibi seçilib (21.06.2022).