Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi "Dərman preparatlarının və sarğı materiallarının satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Solamedical" MMC (VÖEN: 1504875281) seçilib.
Şirkətlə dəyəri 2 525 109 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, "Solamedical" MMC daha öncə Dövlət Sərhəd Xidməti ilə "Dərman preparatları və sarğı materialları" tenderi üzrə 604 879 manat dəyərində satınalma müqaviləsi imzalayıb (04.04.2023).