Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Respublikanın bir sıra təhsil müəssisələrinin təmir və kommunal-kommunikasiya işlərinin satınalınması” təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Fərid” firması olub.
Qalib şirkətlə 4 648 759 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Fərid” firması 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qubad İbrahimov Kərəm oğludur. Hüquqi ünvanı AZ1149, Bakı şəhəri Xətai rayonu, Əhmədli ŞTQ, Əhmədli dön.1-4, ev 9, m. 12 ünvanında yerləşir.