Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluğa Dəstək Layihəsi çərçivəsində "4 lot üzrə 23 aktiv paketinin təchizatı və quraşdırılması üzrə satınalma tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 5 şirkət ilə cəmi ümumilikə ƏDV daxil 31 milyon 741 min 937 dollar (53 milyon 961 min 292 manat) olan müqavilələr imzalanıb.
Qeyd edilib ki, Tender komissiyası yekun qiymət təkliflərini qiymətləndirmiş və hər aktiv paketi üzrə ən aşağı qiymət təklifi təqdim etmiş təchizatçilarla müqavilələrin imzalanmasını tövsiyə edib. Uğursuz iddiaçilara tenderin nəticələri haqqında bildirişlər 15-17 noyabr 2023-cü il tarixdə göndərilib. Gözləmə müddəti 15-22 noyabr 2023-cü il tarixləri arasında tətbiq edilib. Bu vaxt ərzində Layihə İcra Qrupuna heç bir şikayət/aydınlaşdırma sorğusu daxil olmayıb. Gözləmə müddəti bitdikdən sonra qalib gələn iddiaçılara müqavilə imzalanması barədə bildirişlər göndərilib. Keçirilmiş müsabiqə nəticəsində 23-24 noyabr 2023-cü ildə aşağıdakı müqavilələr imzalanıb:
1. “Albenafsaj General Trading və Excellent Trade" QSC BM (LOT 1 hissəli) - Cəmi dəyəri ƏDV daxil olmaqla - 4,467,584.43 ABŞ dolları (dörd milyon dörd yüz altmış yeddi min beş yüz səksən dörd ABŞ dolları və qırx üç sent);
2. “Endless Goods" QSC və Yasef MMC” BM (LOT 1 hissəli) - Cəmi dəyəri ƏDV daxil olmaqla - 2,894,375.04 ABŞ dolları (iki milyon səkkiz yüz doxsan dörd min üç yüz yetmiş beş ABŞ dolları və dörd sent);
3. “Megamax” MMC (LOT 2) - Cəmi dəyəri ƏDV daxil olmaqla - 2,550,882.70 ABŞ dolları (iki milyon beş yüz əlli min səkkiz yüz səksən iki ABŞ dolları və yetmiş sent);
4. “Albenafsaj General Trading və Excellent Trade" QSC (LOT 3) – Cəmi dəyəri ƏDV daxil olmaqla - 9,447,845.82 ABŞ dolları (doqquz milyon dörd yüz qırx yeddi min səkkiz yüz qırx beş ABŞ dolları və səksən iki sent);
5. “Az Nest” QSC (LOT 4)- Cəmi dəyəri ƏDV daxil - 12,381,249.42 ABŞ dolları (on iki milyon üç yüz səksən bir min iki yüz qırx doqquz ABŞ dolları və qırx iki sent).