Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi keçirdiyi satınalma müsabiqəsinin nəticələrini açıqlayıb. Müsabiqə may ayında keçiriləcək bir sıra tədbirlərin təşkili ilə əlaqədar xidmətlərin satın alınmasını nəzərdə tuturdu.
Xocalıda yerləşən şirkət 8,2 milyonluq tenderin - QALİBİ SEÇİLDİ
FED.az xəbər verir ki, müsabiqənin qalibi “Simplex” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 2601600121) olub. Satınalma müqaviləsinin ümumi dəyəri 3.604.650 manat təşkil edir.
Qeyd edək ki, bu satınalma Təhsil Nazirliyinin müxtəlif təşkilati və ictimai tədbirlərinin peşəkar şəkildə keçirilməsini təmin etmək məqsədi daşıyır. Müqavilə üzrə xidmətlərin təfərrüatları açıqlanmasa da, bunun seminarlar, forumlar, konfranslar və digər genişmiqyaslı tədbirləri əhatə edəcəyi gözlənilir.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “Simplex” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elmir Fətullayev Tofiq oğludur. Hüquqi ünvanı Az1022, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, Ev 102a Sity Point ünvanında yerləşir.