Ədliyyə Nazirliyinin Pentensiar Xidməti kompüter və printerlərin təmiri xidmətinin satınalınması üzrə tender elan edir.
Dövlət qurumu böyük tədbirlər keçirəcək – TENDER – SİYAHI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 20.06.2022-cii l saat 12:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - (arayış vergi orqanları tərəfindən təsdiq edilməli və təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir).
Bank rekvizitləri - bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - (maliyyə hesabatı vergi orqanları tərəfindən təsdiq edilməli və təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır)maliyyə hesabatını müşayiət edən, vergi orqanları tərəfindən təsdiq edilmiş məktubun orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - (arayış vergi orqanları tərəfindən təsdiq edilməli və təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir).
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Vəfa Mürsəlova
Əlaqə: 012 493 96 23