Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti xidməti minik avtomobilinin satın alınması ilə əlaqədar açıq tender elan edir.
FED.az rəsmi məlumata istinadən xəbər verir ki, iştirakçılar tender təkliflərini 19 sentyabr 2019-cu il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı (www.tender.gov.az) vasitəsilə təqdim etməlidirlər. Zərflər ertəsi gün saat 15:00-da açılacaq. Tenderdə iştirak haqqı 400 manat təşkil edir.