Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi kompüter və noutbukların satın alınması ilə bağlı böyük tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 1100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1500016711
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18
Müsabiqənin başlama tarixi və vaxtı: 07.08.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 08.09.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.09.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 19.09.2023 16:00
Hesab nömrəsi: AZ88IBAZ 38030019441856517211
Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı
Bankın kodu: 805603
Müxbir hesab: AZ03NABZ 01350100000000002944
Bankın VÖEN-i: 1500016711
Swift kodu:İBAZАZ 2Х
Ödəniş şərtləri - Sifarişçi İcraçıya 30 (otuz) faiz avans ödəyə bilər.
Çatdırılma yeri - Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Anbarı (ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 14 km)
Çatdırılma müddəti - Müqavilə imzalandığı tarixdən malların (iş və xidmətlərin) 100 (bir yüz) faizi ən geci 90 təqvim günü ərzində İcraçı tərəfindən Sifarişçiyə təhvil verilməsi başa çatdırılmalıdır.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
tеndеrdə iştirаk еtmək üçün yazılı mürаciət
tеndеrdə iştirаk hаqqının ödənilməsi bаrədə bаnk sənədi
Qeydiyyatdan keçdiyi ölkə
Nizamnamə
Rekvizitlər
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
iddiaçının 2022-ci ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat
İxtisas göstəriciləri:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər
iddiaçı tərəfindən doldurulmuş tenderin əsas şərtlər toplusunun ”Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat” cədvəli, təsdiqedici sənədlər əlavə olunmaqla (Əlavə 1)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İlham Şixbabayev, Müdir müavini
Email: [email protected]
Əlaqə telefonu: 0124657348
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Notebook İntel i3 |
Noutbuk (Core i3), • Ekran ölçüsü ən azı 15,6 olan və ekran nisbəti 16: 9 • Ekran çözünürlüyü ən azı 1920x1080 piksel • Mat / antiblik örtülü • Prosessorda ən azı 6 işləmə nüvəsi (iki performans nüvə, və dörd enerji effektiv nüvə) və ən azı 8 işləmə axını olmalıdır. • Prosessorun takt sürəti: 1. Enerji Effektiv nüvələr - ən azı 0.9 GHz olmalıdır və dinamik olaraq 3.3 GHz-ə qədər yüksələ bilən olmalıdır 2. Performans nüvələr - ən azı 1.2 GHz olmalıdır və dinamik olaraq 4.4 GHz-ə qədər yüksələ bilən olmalıdır • Keş yaddaş 10 MB-dən az olmamalıdır • Quraşdırılmış RAM həcmi ən azı 8GB olmalıdır • 12-ci nəsil prosessorlar üçün Intel® Qrafik adapterlə təchiz olunmalıdır • HD Audio adapter, korpus daxili stereo dinamiklər və korpus daxili mikrofonla təchiz olunmalıdır • Yaddaş diskinin növü SSD • Yaddaş diskinin həcmi 128 GB • Korpus daxili veb kamera ən azı 1280x720 piksel və çözünürlüyü 720P HD-də çəkiliş etmə imkanı olmalıdır • Noutbuk 10/100/1000 Mbps məlumat ötürmə sürətini dəstəkləyən Gigabit Ethernet şəbəkə adapteri ilə təchiz olunmalıdır. • Noutbuk 802.11a / b / g / n / ac standartlarını dəstəkləyən Simsiz LAN şəbəkə adapteri ilə təchiz olunmalıdır. • Noutbuk ən azı Bluetooth 5.0 standartını dəstəkləyən quraşdırılmış adapter ilə təchiz olunmalıdır • Noutbuk öncədən quraşdırılmış klaviatura ilə təchiz olunmalıdır. • Noutbuk öncədən quraşdırılmış touch pad tipli sensorla təchiz olunmalıdır. • Noutbukun korpusunda ən azı: 1. USB 3.1 sayı: 3-dən az olmamalı 2. 3.5mm (audio) sayı: 1-dən az olmamalı 3. Ethernet (RJ-45) portlarının sayı: 1-dən az olmamalı 4. HDMI 2.1 HDCP dəstəyi ilə portlarının sayı: 1-dən az olmamalı • Noutbuk korpusunun dizayn xüsusiyyəti: noutbuku açarkən daha erqonomik istifadə edilməsi üçün (iş vəziyyətinə keçid) istifadəçi tərəfə əyilərək klaviatura yüksəlməlidir. • Noutbuk ümumi gücü ən azı 40Vatt-saat olan batareyası olmalıdır • Zavod tərəfindən quraşdırılmış aşağıda göstərilən proqram təminatı olmalıdır. • Windows 11 Pro Education • İstehsalçı tərəfindən 1 il rəsmi zəmanət • Azərbaycan Respublikası ərazisində təchiz edilmiş avadanlıqlara xidmət göstərmək üçün xidmət mərkəzlərinin olması. |
18.545 |
ədəd |
2 |
Notebook İntel i5 |
Noutbuk • Ekran ölçüsü ən azı 15,6 olan və ekran nisbəti 16: 9 • Ekran çözünürlüyü ən azı 1920x1080 piksel • Mat / antiblik örtülü • Prosessorda ən azı 8 işləmə nüvəsi və ən azı 12 işləmə axını olmalıdır. • Prosessorun takt sürəti - ən azı 1.3 GHz olmalıdır və dinamik olaraq 4.6 GHz-ə qədər yüksələ bilən olmalıdır • Keş yaddaş 3 səviyyəli 12 MB-dən az olmamalıdır • Quraşdırılmış RAM həcmi ən azı 8GB olmalıdır • Təklif olunan avadanlıq sonuncu nəsil prosessorlarla təchiz olunmalıdır • HD Audio adapter, korpus daxili stereo dinamiklər və korpus daxili mikrofonla təchiz olunmalıdır • Yaddaş diskinin növü SSD • Yaddaş diskinin həcmi 256 GB • Korpus daxili veb kamera ən azı 1280x720 piksel və çözünürlüyü 720P HD-də çəkiliş etmə imkanı olmalıdır • Noutbuk 10/100/1000 Mbps məlumat ötürmə sürətini dəstəkləyən Gigabit Ethernet şəbəkə adapteri ilə təchiz olunmalıdır. • Noutbuk 802.11a / b / g / n / ac standartlarını dəstəkləyən Simsiz LAN şəbəkə adapteri ilə təchiz olunmalıdır. • Noutbuk ən azı Bluetooth 5.0 standartını dəstəkləyən quraşdırılmış adapter ilə təchiz olunmalıdır • Noutbuk öncədən quraşdırılmış klaviatura ilə təchiz olunmalıdır. • Noutbuk öncədən quraşdırılmış touch pad tipli sensorla təchiz olunmalıdır. • Noutbukun korpusunda ən azı: 1. USB Type-C sayı: 1-dən az olmamalı 2. USB 3.2 sayı: 2-dən az olmamalı 3. 3.5mm (audio) sayı: 1-dən az olmamalı 4. Ethernet (RJ-45) portlarının sayı: 1-dən az olmamalı 5. HDMI portlarının sayı: 1-dən az olmamalı • Noutbuk ümumi gücü ən azı 38Vatt-saat olan batareyası olmalıdır • Zavod tərəfindən quraşdırılmış aşağıda göstərilən proqram təminatı olmalıdır. • Windows 11 Pro Education • İstehsalçı tərəfindən 1 il rəsmi zəmanət • Azərbaycan Respublikası ərazisində təchiz edilmiş avadanlıqlara xidmət göstərmək üçün xidmət mərkəzlərinin olması. |
14.000 |
ədəd |
3 |
PC İntel i3 |
Masaüstü komputer (Core i3), • Forma faktoru Mini PC • Enerji təchizatı gücü 65W • Quraşdırılmış RAM həcmi ən azı 8GB olmalıdır • 13-ci nəsil prosessorlar üçün Intel® UHD Qrafik adapteri ilə təhciz olunmalıdır • Yaddaş diskinin növü SSD • Yaddaş diskinin həcmi 128GB-dan az olmamalıdır • Keş yaddaş 10 MB-dən az olmamalıdır • Prosessorda ən azı dörd işləmə nüvəsi və ən azı səkkiz işləmə axını olmalıdır. • Prosessorun əsas takt sürəti ən azı 1.2 GHz olmalıdır və dinamik olaraq 4.5 GHz-ə qədər yüksələ bilən olmalıdır • Quraşdırma üçün icazə verilən maksimum RAM miqdarı 64GB • Masaüstü komputer korpusunda ən azı: 1. USB Type-C sayı: 1-dən az olmamalı 2. USB 3.2 sayı: 3-dən az olmamalı 3. USB 2.0 sayı: 3-dən az olmamalı 4. 3.5mm (audio) sayı: 1-dən az olmamalı 5. Ethernet (RJ-45) portlarının sayı: 1-dən az olmamalı 6. HDMI portlarının sayı: 1-dən az olmamalı • LCD monitor (monitor istehsalçısı sistem blokunun istehsalçısından fərqlənməməlidir) • Dizaynda istifadə olunan rənglər: Qara • Paketin içindəkilər: monitor, elektrik kabeli, VGA və ya HDMİ kabel • Matrisin parlaqlığı: 200 cd/m2-dən az olmayan • LCD-matris kontrast nisbəti: 3000:1-dən az olmamalı • Matris formatı: 16:9 Ekran qətnaməsi: FHD (1920 x 1080) @ 60Hz - dən az olmamalı • LCD matrisinin baxış bucağı: üfüqi olaraq 178°-dən az olmayan, şaquli olaraq 178°-dən az olmayan • Diaqonal: 21,45-dən az olmamalıdır • LCD növü: VA • Ekran səthi: Tutqun • EPEAT®; ENERGY STAR® – sertifikatları olmalıdır • Monitor interfeysləri: VGA və HDMI. • Təhlükəsizlik: Kensington Lock Slot • Zavod tərəfindən quraşdırılmış aşağıda göstərilən proqram təminatı olmalıdır. • Windows 11 Pro Education • İstehsalçı tərəfindən 1 il rəsmi zəmanət • Azərbaycan Respublikası ərazisində təchiz edilmiş avadanlıqlara xidmət göstərmək üçün xidmət mərkəzlərinin olması. |
9.000 |
ədəd |