Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Topxana Layihə İnşaat” MMColub. Şirkətlə 3 milyon 318 min 504.15 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə həmçinin 7 milyon 900 min 689.65 manat dəyərindəki “Bakı şəhəri və onun qəsəbələrinin məktəbəqədər təhsil müəssisələrində cari təmir işlərinin satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (23.12.2022).