FED.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tibbi avadanlıqlar və ləvazimatların satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Tibbi avadanlıqlar və ləvazimatların satınalınması.
Mallarla təchiz olunma müddəti 2018-ci il ərzindədir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 16/18 nömrəli ünvanda Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən (əlaqələndirici şəxs: Əliyev Emin İman oğlundan , telefon:493-36-32) ala bilərlər.
İştirak haqqı 150 manatdır.
Təşkilat: 9 saylı Xəzinə İdarəsi
Hh: AZ31CTRE00000000000002478301
VÖEN: 1400421021
Bank: DXA
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ85NABZ01360100000003003944
S.W.I.F.T: CTREAZ22
Büdcə təsnifat kodu: 142340 Büdcə səviyyə kodu: 7 ƏN-nin Tibb baş idarısi
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 7 noyabr 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 noyabr 2018-ci il saat 18.00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 16/18 nömrəli ünvanda ƏN Tibb Baş İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 15 noyabr 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Nazirlik tibbi avadanlıq alır – TENDER ELANI
14:03
29 Sen 2018