Kənd Təsərrüfatı Nazirliyi "“Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında 2023-cü il üçün təmizlik xidmətləri”nin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Şeh" MMC (VÖEN: 1200940231) olub.
Şirkətlə 182 900 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Şeh" MMC Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliynin 161 971 manat məbləğindəki "1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderinin qalibi olub.
Şirkət ümumilikdə 2020-ci ildən bu yana 8 tenderin qalibi seçilib.