Səhiyyə Nazirliyi “Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi ( 1-ci mərhələ)” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Fərid-İnşaat firması” olub. Şirkətlə 40 milyon 808 min 274.66 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Ağdaş Rayon Mərkəzi Xəstəxanasının 22 min 910.03 manat dəyərindəki “Tikili və avadanlıqların cari təmiri (TTTYS və Yoluxucu şöbələrin cari təmiri)” tenderi üzrə müqavilə imzalanıb (05.05.2022) .