“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ““KOB subyektləri arasında sorğuların keçirilməsi”nin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Gmb Klaster Konsaltinq” MMC olub.
Qalib şirkətə 121 667 manat ödəniləcək.
Qeyd edək ki, sorğular 3 800 nəfərə xitab edəcək.