Maliyyə Nazirliyi tender elan edir.
Eləcə də bax: "Azergold"un böyük sığorta tenderini bu şirkət uddu - MƏBLƏĞ
FED.az xəbər verir ki, iki lot üzrə keçirilir.
LOT 1 - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və tabeliyindəki qurumların inzibati binalarının (Daşınmaz əmlakın icbari sığortası üzrə) sığortalanmasının satın alınması. İştirak haqqı: 500 manat
LOT 2 - Maliyyə Nazirliyinin inzibati binasındakı Cisco sisteminə 6 ədəd "CiscoWebex” lisenziyalarının satın alınması. İştirak haqqı: 100 manat
Ünvan: Bakı şəhəri, Az 1022, S. Vurğun küçəsi, 135
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
Tenderdə iştirak haqqı Portalda "ASAN ödəniş” sistemi ilə ödənilməlidir.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.