Kənd Təsərrüfatı Nazirliyi "Dövlət Aqrar Ticarət Şirkəti" MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, tender reklam, dizayn və marketinq işlərinin satın alınması məqsədilə keçirilir.
İddiaçılar tender təklifini 30 aprel 2019-cu il saat 18:00-dək Bakı şəhəri, Nizami küçəsi 154A ünvanına təqdim etməlidir. Təkliflər 1 may 2019-cu il saat 11:00-da eyni ünvanda açılacaq. (Əlaqələndirici şəxs: Hümbət Hüseynov, tel: (+99450 400 88 99)
Tenderdə iştirak haqqı 200 manatdır.