DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi "Daxili İşlər Nazirliyinin balansında olan nəqliyyat vasitələri üçün 2023-cü il ərzində avtomobil ehtiyat hissələrinin alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, Türkər LTD şirkəti (VÖEN: 2900089921) böyük tenderin qalibi olub.
Şirkətlə 3 502 038 manat məbləğində müqavilə imzalanıb.
Türkər LTD Şirkəti daha öncə də DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi ilə 2.769.980 manatlıq "2022-ci ildə polis orqanlarında xidmətdə olan avtomobilləri markasına, buraxılış ilinə görə ehtiyyat hissələri, müxtəlif ölçülü, markalı avtomobil şinləri və akkumulyator batareyalarının alınması" (01.09.202) və 2.809.990 manat dəyərində "2021-ci ildə polis orqanlarında xidmətdə olan avtomobillər üçün markasına və buraxılış ilinə görə ehtiyyat hissələrinin, müxtəlif ölçülü, markalı avtomobil şinləri və akkumlaytor batareyalarının satınalınması" tenderləri üzrə müqavilə imzalyıb. (12.08.2021).