Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir-birinin ardınca iki tender müqaviləsi bağlayıb.
FED.az xəbər verir ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Şirvan şəhərlərində 1, 2 və 3 otaqlı mənzillərin satınalınması” tenderinin qalibi Avanqard-İnşaat Mənzil Tikinti Kooperativi olub. Şirkətlə 1 milyon 649 min160 manat məbləğində müqavilə imzlanıb. 3 milyon 291 min 150 manat məblləğindəki eyni adlı digər tender müqaviləsi isə Fiziki Şəxs Əlisoy Natiq Hüseyn oğlu ilə bağlanılıb.
Hər iki tenderin ümumi dəyəri 4 milyon 940 min 310 manatdır.