Elm və Təhsil Nazirliyi "Dövlət təhsil müəssisələrində kargüzarlığın aparılması üçün sənəd blanklarının istehsalı ilə bağlı poliqrafiya işləri" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "Çaşıoğlu Elm İstehsalat" tenderin qalibi olub.
Qalib şirkətə 488 996 manat ödəniləcək.
"Çaşıoğlu Elm İstehsalat" bundan öncə Dövlət Statistika Komitəsinin 153 789 manat dəyərindəki "Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün "Zəfər tarixi" dərs vəsaitinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması" tenderinin qalibi olub (20.02.2023).