Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2024-cü il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satın alınması ilə bağlı 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibləri "Gesco" ASC və "Alov-Mühafizə" MMC olub.
Müvafiq olaraq "Gesco" ASC şirkətinə 5 390 485 manat , "Alov-Mühafizə" MMC şirkətinə isə 3 288 693 manat ödəniləcək.
Qeyd edək ki, "Gesco" ASC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Murad Camalzadə Fərrux oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə, bina 5 ünvanında yerləşir.
Qeyd edək ki, "Alov-Mühafizə" MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xalis Talıbov Yunus oğludur. Hüquqi ünvanı AZ1002, Bakı Şəhəri Nizami Rayonu, Əli Vəliyev, ev 16, m. 68 ünvanında yerləşir.