Səhiyyə Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda "Qaradağ rayonu, Lökbatan qəsəbəsində başa çatdırılmamış 240 çarpayılıq xəstəxananın tikintisi” obyektinin mühafizə xidmətləri satınalınması nəzərdə tutulur. Mühafizə xidməti 12 ay müddətində nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 150 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1400049171
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A
Müsabiqənin başlama tarixi və vaxtı: 13.12.2023 16:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
08.01.2024 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.01.2024 16:00
Zərflərin açılış tarixi və vaxtı: 17.01.2024 16:00
Ödəniş şərtləri : köçürmə yolu ilə
Çatdırılma yeri: Bakı şəhəri, M.Mirqasımov küçəsi 1 A
Çatdırılma müddəti : 2024-cü il
Çatdırılma şərtləri : DDP
Tenderdə iştirak etmək üçün aşağıdaki sənədlərin olması vacibdir :
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Nəsirova Şəhla, b/ məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu : 0124412603 dax141