Vergilər Nazirliyi ümumi məbləği 359 min 300 manat olan minik avtomobilləri alıb.
FED.az xəbər verir ki, Vergilər Nazirliyi “Performance Center CO” MMC-dən “Chevrolet” markalı “Cruze”, "Kia Motors AZ" MMC-dən “Kia” markalı “Optima”, “Rio” və “Rio X-Line”, “Auto Azərbaycan” MMC-dən “Hyundai” markalı “Accent” və “Elantra” modelli minik avtomobillərini keçirdiyi açıq tender üsulu ilə satın alıb.
Eləcə də bax: İcra Hakimiyyəti nəqliyyat vasitələri alır - KOTİROVKA SORĞUSU
Nazirlik “Performance Center CO” MMC ilə 31 min manatlıq, "Kia Motors AZ" MMC ilə 244 min 900 manatlıq, “Auto Azərbaycan” MMC ilə 83 min 400 manatlıq tender müqavilələri bağlayıb.