FED.az xəbər verir ki, Daxili Işlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2019-cu ildə mətbəx inventarlarının satınalınması məqsədilə kotirovka sorğusu elan edir. Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvana müraciət edə bilərlər.
Əlaqələndirici şəxs - E.Əliyev və T.Fərmanov, telefonlar- 569-95-10, 569-68-43.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini və hüquqi sənədlərini 18 dekabr 2019-cu il saat 12.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri və sənədləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri 19 dekabr 2019-cu il saat 12.00-da Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
Sənədlərin qəbulu hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir