Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir.
Təhsil Nazirliyinin 1,2 milyon manatlıq tenderi – BU ŞİRKƏTƏ VERİLDİ
FED.az xəbər verir ki, elanda Qusar rayonu, Cibir kənd 264 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 000 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1500016711
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Y.Bakuvi küçəsi 18
Müsabiqənin başlama tarixi və vaxtı : 20.09.2023 15:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 11.10.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 19.10.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı : 20.10.2023 11:00
Ödəniş şərtləri : Avans ödənişi və görülmüş iş həcmlərinə uyğun olaraq təqdim edilmiş Forma-2 və Forma-3 aktları əsasında
Çatdırılma yeri : Qusar rayonu, Cibir kəndi
Çatdırılma müddəti : 15 (on beş) ay
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Iddiaçının inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (baş podratçı kimi analoji işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surətləri
İddiaçının maddi texniki bazası (sifarişi yerinə yetirilməsi imkanı) haqqında məlumat
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları
iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Zülfiqar Quliyev , Əsaslı Tikinti və Təchizat İdarəsinin Satınalmaların təşkili şöbəsinin baş mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 465-73-48