Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC Abşeron rayonunda Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası üzrə kompleks tədbirlər görəcək.
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC tenderin nəticələrinə əsasən, bu işləri "Kənan İnşaat və Ticarət" ASC-yə həvalə edib. Dövlət satınalma reyestrinə əsasən, müqavilənin dəyəri 6 milyon 584,1 min manat və ya 3,9 milyon dollar təşkil edib.