Gənclər və İdman Nazirliyi "Gənclər tədbirlərinin keçirilməsi məqsədilə zəruri olan avadanlıqların icarəsi xidmətinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Your Decor and Events" MMC (VÖEN: 1005694771) olub.
Şirkətlə 287 561 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Your Decor and Events" MMC bundan öncə isə İsmayıllı Rayon İcra Hakimiyyətinin 29 075 manat dəyərindəki "Tədbirlərin təşkili ilə bağlı işlərin satın alınması" tenderinin qalibi olub (29.11.2022).