Nazirlik fərdi ev tikintisi üzrə böyük tenderin - VAXTINI UZATDI
09:28
27 Okt 2022
Malgöndərənin (podratçının) 25 oktyabr 2022-ci il tarixli müraciətinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 avqust 2022-ci il tarixdə elanı verilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Şirvan şəhərlərində 1, 2 və 3 otaqlı mənzillərin satın alınması ilə əlaqədar keçiriləcək açıq tender üzrə qiymət təkliflərinin verilməsi tarixi və vaxtı 31 oktyabr 2022-ci il saat 15:00-dan 15 noyabr 2022-ci il saat 15:00-dək uzadılır. Tender təkliflərinin açılış tarixi və vaxtı 16 noyabr 2022-ci il saat 15:00 kimi nəzərə alınmalıdır.