Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün kondisionerlərin və onların quraşdırılması islərinin satın alınmısı üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 28.03.2022-ci il saat 10:00-a kimidir və iştirak ödənişi 250 manatdır.
Təşkilati və hüquqi sənədlər:
müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması - tenderin elan olunduğu tarixdən sonra alınması zəruridir.
Nizamnamə - notarial qaydada təsdiq olunmaqla zəruridir.
Mikro, kiçik və orta subyektinin növünə aid olması barədə müvafiq statistika orqanından arayış - sənədin əslinin skain edilmiş surətinin təqdim olunması zəruridir.
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - tenderin elan olunduğu tarixdən sonra alınması zəruridir.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməmə barədə arayış - tenderin elan olunduğu tarixdən sonra alınması zəruridir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov / tender komissiyasının üzvü
Əlaqə: [email protected] / 012-539-80-60