Müdafiə Sənayesi Nazirliyi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Azərbaycanda dövlət qurumları hibrid maşın almağa başlayıblar - TENDERLƏR, SİYAHI
FED.az xəbər verir ki, sözügedən tender xidməti maşınların alınması üçün keçirilib. Tenderin qalibi “Auto Azərbaycan” MMC (VÖEN: 150040601) seçilib və şirkət nazirliyə 2 ədəd avtobus satıb.
Ümumi dəyəri 289 800 manat olan müqavilə çərçivəsində alınan avtobusların hər biri 28+1 sərnişin tutumuna malikdir, tam yeni – 0 km yürüşlüdür və 2024-cü il buraxılışlı modellərdir.
Qeyd edək ki, “Auto Azərbaycan” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 17 352 742 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil İsmayılov Hüseyn oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 118 ünvanında yerləşir.