Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satın alınması üçün açıq tender elan edir.
Aqrar Tədarük Və Təchizat - Kotirovka Sorğusu Keçirir
FED.az xəbər verir ki, elektron satınalmada iddiaçı qismində satınalma predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən iddiaçılar iştirak haqqının ödənişini həyata keçirdikdən sonra tenderin Əsas şərtlər toplusunu əldə edə və müsabiqə üçün müvafiq sənədləri təqdim edə bilərlər.
Tenderdə iştirak haqqı 150 (bir yüz əlli) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün iştirak haqqını ödədikdən sonra Portal vasitəsilə tender üzrə tələb olunan ilkin sənədləri 19 oktyabr 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 27 oktyabr 2021-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender təklifləri 28 oktyabr 2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar tenderin nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.